Transseksual sərnişin təyyarədə soyundu və görün nə etdi

Transseksual sərnişin təyyarədə soyundu və görün nə etdi
İtaliyada transseksual və fahişələrin yaşadıqları problemlərə diqqət çəkən hərəkətləri ilə tanınan cinsi azlıq Efe Bal ötən gün Milan-Brüssel sərnişin təyyarəsində soyunub.

Milli.Az hurriyyet-ə istinadla xəbər verir ki, bazar günü gecəsi Brüssel Hava Yollarına aid təyyarə ilə Brüsselə uçan Efe Bal ertəsi səhər eyni hava yolu şirkətinin Milan təyyarəsinə minib.

Uçuşun 50 dəqiqəsi tamamlanarkən təxminən 10 min metr yüksəklikdə tualetə gedib soyunan Efe Bal sərnişinlərin təəccüblü baxışları arasında bu hərəkətini fahişələrin hüquqları üçün etdiyini söyləyib.

O, təyyarənin təcili eniş etdiyi Milan hava limanındakı polis bölməsinə aparılıb. Polislərin bir anlıq diqqətsizliyi nəticəsində qaçan Efe Bal çılpaq hərəkətini "baqaj" gözləyən sərnişinlərin arasında dörd saat davam etdirib.

Efe Bal: "Terrorçu deyiləm. Çılpaq bədənimdə bomba yoxdur. Məqsədim İtalya dövlətinin fahişə haqlarını tanıması və qarşılamasıdır. Brüssel təyyarəsinə mindim, çünki Avropa və İtaliya Brüsseldən idarə olunur. 1 May Dünya Zəhmətkeşlər Günündə səsimi eşitdirmək istəyirəm", - deyib.

"Polislər çox nəzakətli idilər. Mənə haqq verdiklərini söylədilər. Evimə qədər yola saldılar", - deyən Efe Bal bu hərəkəti ilə məqsədinə çatdığını və İtaliya mətbuatında gündəmi zəbt etdiyini deyib.

Transseksual sərnişin təyyarədə soyundu və görün nə etdi
скачать dle 11.3

0
09.05.2017 632
Facebook Şərhlər:
2017. Yalnız Böyüklər üçün (18+)!
Яндекс.Метрика