Millimizin üzvünün 17 yaşlı qızla porno videosu yayıldı

Millimizin üzvünün 17 yaşlı qızla porno videosu yayıldı
Milli komandamızın və İspaniyanın "Kadis" klubunun yarımmüdafiəçisi Eddi İsrafilovun başı qalmaqaldadır.

Qafqazinfo xəbər verir ki, İsrafilov porno videonu internetə yaymaqda ittiham olunur. O, sabiq klubu "Eybar"dakı komanda yoldaşları Serji Enrix və Antonio Lunanın 17 yaşlı qızla olan porno video və şəkillərini yayıb.

Bu hadisənin üstü ötən ilin oktyabr ayında açılmışdı. Hər iki futbolçu azarkeşlərdən, klubdan və qızdan üzr istəmişdilər. Həmin qız videonun yayıldığına görə hər iki futbolçunu məhkəməyə vermişdi və 20 min avro təzminat almışdı. Serji Enrix açıqlamasında belə bildirmişdi: "Qızdan, komanda yoldaşlarımızdan və azarkeşlərdən üzr istəyirəm. Belə bir hadisənin baş verməsi yaxşı deyil. Bunu kim yayıb? Əlbəttə ki, Eddi İsrafilov. O, bizim videomuzu görmüşdü. Bu videonu İsrafilov yaydı, çünki onunla paylaşmışdıq. Bu, yalnız onun işidir".

Araşdırmalar isə davam edirdi. Aprelin 11-də baş tutmuş məhkəmədə Eddi də iştirak edib. Lakin o, etdiyi hərəkəti təkzib edib və videonu sosial şəbəkədə yaymadığını söyləyib. Növbəti məhkəmə prosesi iyunun 11-də keçiriləcək.скачать dle 11.3

+1
09.05.2017 12 769
Facebook Şərhlər:
2017. Yalnız Böyüklər üçün (18+)!
Яндекс.Метрика