Dünyasını dəyişən nazirimizin SON FOTOSU ÜRƏK DAĞLADI

Dünyasını dəyişən nazirimizin SON FOTOSU ÜRƏK DAĞLADI
Xəbər verdiyimiz kimi, energetika naziri Natiq Əliyev vəfat edib.

Sfera.az xəbər verir ki, nazirliyinin mətbuat katibi Zəminə Əliyeva nazir N.Əliyevin son fotosunu paylaşıb və kədərini belə ifadə edib:

"Həyatda gördüyüm ən ziyalı, ən mədəni , ən səmimi ,ən gözəl insan, bizim milli dəyərimiz-Natiq Əliyev! Allah Sizə rəhmət eləsin! Ruhunuz Şad olsun!

Onunla ən axırıncı şəklim. Keçən həftə bugünkü gün. "Statoil"lə görüşdə . Adam çox idi deyə şəkildə görünmək istəmədim. Amma Siz məni çağırdınız ki, Zəminə gəl. Daha məni
çağırmayacaqsınız. Tapşırıq verəndə belə "-sənə zəhmət verəcəm"-deməyəcəksiniz. Daha mənə telefonda " Bir dəqiqqə-cənab nazir sizinlə danışacaq " deyilməyəcək. Həddindən artıq yorucu həyatda daha Sizin sözlərinizdən, rəftarınızdan enerji ala bilməyəcəm. Siz bizim qəlbimizdə həmişə yaşayacaqsınız".



скачать dle 11.3

0
10.06.2017 1 178
Facebook Şərhlər:
2017. Yalnız Böyüklər üçün (18+)!
Яндекс.Метрика