Evlilik verilişindəki bütün kişilərlə görüşən azərbaycanlı Nazdan RƏZALƏT

Evlilik verilişindəki bütün kişilərlə görüşən azərbaycanlı Nazdan RƏZALƏT
Gəlin namizəd özünə yeni sevgili tapıb
Türkiyənin tanınmış kanallarından birindəki evlilik verilişində məşhurlaşan azərbaycanlı gəlin namizəd - Naz yenidən qalmaqala səbəb olub.
Demək olar ki, "İzdivaç" verilişdəki bütün kişi namizədlərlə görüşən Nazın son seçimi Uğur adlı şəxs olub.
Cütlüyün bu qərarı veriliş aparıcı Zuhal Topal da daxil olmaqla hər kəsi təəccübləndirib. "Səninlə burada 3-4 günlük birlikdəliyimiz oldu. İçimdə Naza qarşı hər zaman bir istək olub. Yarım qalan arzuları tamamlamaq istəyirəm", deyə Uğur istəyini dilə gətirib. Onun bu istəyinə qarşı tərəf də biganə qalmayıb.
Naz da artıq münasibətlərinin başladığını və hər şeyin çox gözəl olduğunu bildirib. "Kaş ki, daha öncədən bir-birimizi tanısaydıq".
Veriliş iştirakçıları Nazın daha öncəki sevgililərini qısqandırmaq üçün Uğurla birlikdə olduğunu deyiblər.
Qeyd edək ki, Naz adlı azərbaycanlı gəlin namizəd uzun müddətdir ki, Türkiyədə efirə gedən evlilik verilişlərində iştirak edir. Bundan başqa, Naz həmçinin qalmaqalları ilə də mütəmadi olaraq gündəmə gəlib. Onun bu cür davranışları Azərbaycanda birmənalı qəbul olunmayıb. Əksəriyyət onun bu hərəkətlərini qınayıb.скачать dle 11.3

+1
09.06.2017 3 733
Facebook Şərhlər:
2017. Yalnız Böyüklər üçün (18+)!
Яндекс.Метрика