Qaçırılan oğluna 21 il sonra qovuşdu - Görün nə oldu! - ŞOK OLACAQSIZ! - FOTO

Qaçırılan oğluna 21 il sonra qovuşdu - Görün nə oldu! - ŞOK OLACAQSIZ! - FOTO
Bir ananın başına gələ biləcək ən pis şey 1995-ci ildə Maria Mankianın başına gəlib. Amerikada yaşayan qadın bir gün işdən evə döndüyündə oğlu Steveni evdə tapa bilməyib. Bir müddət sonra oğlunun oğurlandığını düşünüb.

Lakin oğlunu oğurlayan şəxsin çox yaxşı tanıdığı biri olduğundan xəbərsiz idi...

Eyni zamanda uşağın şəxsiyyət vəsiqəsi, paltarları, oyuncaqları və hətta ananın hamiləykən çəkdirdiyi ultrason fotoları belə yoxa çıxır.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, sonradan aydın oldu ki, uşağı Marianın keçmiş əri oğurlayıb. Heç kim Stevenin harada olduğunu bilmirdi. Uşaqdan anasına qalan tək şey isə bibisinin anaya göndərdiyi fotosu olur. Maria illərcə özünü Stevenin köhnəlmiş, ağ-qara fotosu ilə ovudub.

Maria və polislər yenə də Steveni axtarmaqdan əl çəkmirlər. Hadisənin üstündə 21 il keçdikdən sonra olayla bağlı böyük bir irəliləyiş əldə edilir.

Bir amerikalı Stevenin Meksikanın Puebla şəhərində hüquq üzrə oxumaq üçün universitetə yazıldığı haqda məlumat ötürür. Polis xəbəri alınca dərhal işə qoşulur.

Stevendən atasının kim olduğunu soruşublar. Stevendən aldıqları məlumatları əllərindəki məlumatlarla müqayisə ediblər. Əmin olmaq üçün son olaraq da DNT testi etdilər. Uşağın Marianın 21 ildir görmədiyi oğlu olduğu sübuta yetirilib. Karen Kreqq adlı polis: "Aradan o qədər il keçməsinə baxmayaraq oğlundan əsla imtina etmədi. Uşağını bir daha görə biləcəyinə inanırdı. Uşağı anasıyla yenidən görüşdürmək bizim üçün qürürverici məqam idi", - deyib.

İllər sonra qovuşan ana-bala göz yaşlarına hakim ola bilməyib.скачать dle 11.3

0
09.06.2017 874
Facebook Şərhlər:
2017. Yalnız Böyüklər üçün (18+)!
Яндекс.Метрика