Qandonduran hadisə! Məmur sevgilisi Fəridənin evində başından vurulmuş tapıldı - Sən demə onu... - GÖRÜN HANSI MƏMUR! FOTO

Qandonduran hadisə! Məmur sevgilisi Fəridənin evində başından vurulmuş tapıldı - Sən demə onu... - GÖRÜN HANSI MƏMUR! FOTO
Türkiyədə 2016-cı ilin iyul ayından etibarən işləməyə başlayan polis məmuru Ramazan Özçelik 25 yaşlı sevgilisi Fəridə Bayramovanın evində ölü tapılıb.
24 yaşlı Ramazan ötən həftə özbəkistanlı sevgilisinin İstanbul Beylikdüzündəki evində başından vurularaq öldürülüb.
Hadisənin təfərrüatları məlum olub. Məlumata görə, sevgililər rus ruleti videosunu izləyib. Videodan sonra bu oyunu oynamağa qərar verən Ramazan silahı başına dayayıb və açılan atəş nəticəsində həyatını itirib.
İnönü Üniversitetində Əczaşılıq fakultəsində təhsil alan Fəridə Bayramova bu ifadəsindən sonra sərbəst buraxılıb. Lakin onun çantasında aşkar edilən 1 dollarlıq F seriyalı banknot və adına çıxarılan 4 ayrı telefon səbəbilə İstanbul Terrorla Mübarizə Şöbəsinə aparılıb.
"Gözlərimin önündə öldü"
Özbək qadının yenidən ifadəsi alınıb. O bildirib ki, polis məmuru ilə 2016-cı ilin avqustunda sosial şəbəkədə tanış olub: "Ramazanla internetdə tanış olmuşuq. O gündən bir yerdə olmağa başladıq. Anam və atam həkimdir, onlar mənə burada ev alıb. Valideynlərimin göndərdiyi pul ilə dolanırıq. Çantamda tapılan 4 telefon və 1 dollarlıq banknot da atamın göndərdiyi pullardandır.
F.Bayramova cinayətin yaşandığı günü belə xatırlayır:
"Ramazanla rus ruleti videosuna baxdıq. O isə rus ruleti elə yox, belə oynanılır dedi və silahı başına dayadı. Ona mane olmaq istədim, amma silahdan atəş açdı və gözlərimin önündə həyatını itirdi".
Ölən polisin anası Özçelik: "Oğlumu tələyə salıb öldürdülər"
"Oğlum yetim qalanda cəmi 4 yaşı var idi. Ramazanla birlikdə 3 uşağıma həm ana, həm də ata olmuşam. Rus ruleti oyununa inanmıram. Oğlumu tələyə salıb öldürüblər. Ramazan millətinə, dövlətinə bağlı biri idi. Bu cinayətin üstünün açılmasını istəyirəm".скачать dle 11.3

0
08.06.2017 300
Facebook Şərhlər:
2017. Yalnız Böyüklər üçün (18+)!
Яндекс.Метрика