Azərbaycanda "Son Zəng"ə hazırlaşan məktəblilər faciəvi şəkildə öldü - ÖLKƏNİ ŞOKA SALAN HADİSƏ! FOTOLAR

Azərbaycanda
Dünən səhər saatlarında Lənkəran rayonunda baş vermiş dəhşətli qəzada ölən şəxslərin hər ikisinin məktəbli olduğu üzə çıxıb.

BiG.AZ xəbər verir ki, Liman şəhər İ.Mahmudov adına 1 saylı məktəbin 11-ci sinif şagirdi olan 2000-ci il təvəllüdlü Səfərov Kənan Adil oğlu dostu, qonşu Qumbaşı kəndindəki məktəbdə 11-ci sinifdə oxuyan 17 yaşlı Xalid Səfərovla birgə səhər saatlarında dərsdən qaçıb. Məktəbi icazəsi tərk edən məktəblilər “Mercedes E Class” markalı, 10 OR 044 nömrə nişanlı avtomobillə Limandan Lənkəran şəhərinə doğru hərəkət ediblər. Onlar bir neçə gün sonra keçiriləcək “Son zəng” tədbirinə lazım olacaq bəzi ləvazimatları almaq üçün rayon mərkəzinə gəlirmiş.

Bildirilir ki, qəzaya düşən avtomobili 17 yaşlı Kənan Səfərov idarə edirmiş. O, atasına məxsus olan maşını sürücülük vəsiqəsi olmadan sürürmüş. Qəza isə yüksək sürətlə idarə edilən avtomobilin qəfil idarəetmədən çıxması nəticəsində baş verib.

Qeyd edək ki, dünən Kənan Səfərov dəfn edilsə də, Xalidin dəfni bu günə saxlanılıb. Onun atası gecə saatlarında Rusiya Federasiyasından Azərbaycana gəlib və bu saatlarda gənc oğlan dəfn ediləcək.

Qəzada ölən məktəblilərin fotoları sosial şəbəkədə yayılıb. Liman şəghərindəki İ.Mahmudov adına orta məktəb feysbuk səhifəsi vasitəsi ilə valideynlərə müraciət edərək məktəbli uşaqlara avtomobil verilməməsini xahiş edib.

mənbə: lent.az
Azərbaycanda "Son Zəng"ə hazırlaşan məktəblilər faciəvi şəkildə öldü - ÖLKƏNİ ŞOKA SALAN HADİSƏ!  FOTOLAR



скачать dle 11.3

0
08.06.2017 197
Facebook Şərhlər:
2017. Yalnız Böyüklər üçün (18+)!
Яндекс.Метрика