ŞOK! SON DƏQİQƏ! Azərbaycanlı məşhur ailəsi ilə birlikdə qəzaya düşdü - GÖRÜN KİM!

ŞOK! SON DƏQİQƏ! Azərbaycanlı məşhur ailəsi ilə birlikdə qəzaya düşdü - GÖRÜN KİM!
Bu gün səhər ailəsi ilə birgə qəzaya düşən tanınmış jurnalist Ceyhun Musaoğlu baş verən hadisə ilə bağlı açıqlama verib.

Milli.Az bildirir ki, o, lent.az-a bildirib ki, hazırda özü və ailə üzvləri evdədirlər, ciddi xəsarət almayıblar və özlərini yaxşı hiss edirlər:

"Hadisə Naxçıvani küçəsi ilə Ağasadıq Gəraybəyli küçələrinin kəsişməsində baş verib. Həmin yerdə olan "stop" işarəsi ağacların arasında gizləndiyinə görə görünmür, bu da ciddi problemə səbəb olur. Sağ tərəfdən gələn "KİA"nı mən heç görmədim. Qəza zamanı mənim maşınım bir dəfə aşdı, təkərləri göydə qaldı. Sağ olsun ərazidən keçən insanlar, yardım elədilər".

C.Musaoğlu deyib ki, onun maşınını vuran "KİA"nın sürücüsü ilə Facebook-da dostdur: "Hətta bir müddət əvvəl danışdıq ki, yaxın zamanlarda görüşək. "Görüş" də indi oldu".

-----------

09:17

Azərbaycan Prezidenti yanında Bilik Fondunun mətbuat katibi, tanınmış jurnalist Ceyhun Musaoğlu (Musayev) avtomobil qəzasına düşüb.

Milli.Az xəbər verir ki, onun dostu, jurnalist Nicat Dağların report-a verdiyi məlumata görə, hadisə Dərnəgül şosesində qeydə alınıb.

Belə ki, C.Musaoğlunun idarə etdiyi "KİA" markalı avtomobil digər maşınla toqquşub. Nəticədə "KİA" bir neçə dəfə aşıb.

Hadisə zamanı avtomobildə olan C.Musaoğlunun həyat yoldaşı başından xəsarət alıb. Onun özü və qızı isə yüngül bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya aparılıb. Orada yaralılara ambulator yardım göstərilərək evə buraxılıb.скачать dle 11.3

0
08.06.2017 1 813
Facebook Şərhlər:
2017. Yalnız Böyüklər üçün (18+)!
Яндекс.Метрика