19 yaşlı qardaşı fahişəlik edən gəlinlərini öldürdülər və ... - ŞOK FOTO

19 yaşlı qardaşı fahişəlik edən gəlinlərini öldürdülər və ... - ŞOK FOTO
Türkiyənin Adana şəhərində Sənəm Barık və rəfiqəsi Zeliha Sevgilbaşın dünən gecə öldürülməsi ilə əlaqədar cinayət şübhəlisi və 5 qohumu saxlanılıb. Qonşular qızların qaldıqları evə 6 şəxsin hücum etdiyini deyiblər.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Adanada boş bir ərazidə cəsədləri tapılan 2 qadının qohumları tərəfindən evlərində boğazlarına bıçaq dirənərək, saçlarından sürünüb avtomobilə mindirildikdən sonra döyülərək silahla öldürüldükləri ortaya çıxıb.

Cinayətlə əlaqədar istintaqa başlayan polis hadisəni Sənəm Barıkın həbsxanadakı həyat yoldaşı Ərəb Barıkın əmisi oğlu Doğanın (19) törətdiyini ortaya çıxarıb. Polis araşdırma zamanı hadisədə adı hallanan Doğan Barık, atası Davud Barık, Doğan Barıkın 14 yaşlı qardaşı O.B., Sənəm Barıkın qayınatası Hikmət Barık (65), qardaşları Ayhan Barık və Savaş Barıkı nəzarətə alıb.

Doğan Barıkın istintaqa açılamasında "Məhəllədə gəlinimiz Sənəm Barıkın fahişəlik etdiyi dedi-qodusu yayıldı. Buna görə də öldürdüm. Namusumu təmizlədim", - dediyi məlum olub.скачать dle 11.3

0
10.05.2017 5 898
Facebook Şərhlər:
2017. Yalnız Böyüklər üçün (18+)!
Яндекс.Метрика