Azərbaycanda DƏHŞƏT: Anasının sevgilisi tərəfindən zorlanan uşağın DİLİ ... ŞOK!

Azərbaycanda DƏHŞƏT: Anasının sevgilisi tərəfindən zorlanan uşağın DİLİ ... ŞOK!
Dünyada "körpə qığıltısından gözəl himn yoxdur", deyirdi Viktor Hüqo. Həqiqətən də bu həyatın uşaqlarsız nə ləzzəti? Övladsız ailə suyu sovrulmuş dəyirman kimidir. Amma elə ailələr də var ki, Tanrının bəxş etdiyi bu əvəzsiz payın qədrini bilmir, ona sahib çıxmırlar.

Uşaqlar var ki, ana nəvazişi, ata qayğısının nə olduğundan xəbərsizdirlər. Bu təzadlı dünyanın sakinləri olan o körpə fidanlar başqaları tərəfindən nə qədər qayğı ilə əhatələnsələr də, yenə də bir ana öpüşünə, ata sığalına ehtiyacları var.

Yenicag.az yolunu Azərbaycan Uşaqlar Birliyi nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzindən salıb. Burada ailə-məişət zəminində atılmış, valideynləri və qəyyumları tərəfindən imtina olunmuş, zorakılığın bütün növlərinə məruz qalan 31 uşaq böyüyür. 1-18 yaş arasında olan bu uşaqların hər birinin öz taleyi, öz alın yazısı var.

Birliyin sədr müavini, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin direktoru Vasif Akifli valideyn qayğısına möhtac olan körpə fidanları bura gətirən səbəblərdən danışdı.

Onun sözlərinə görə, buradakıların çoxu küçə uşaqlarıdır. Sığınacağın ana nəvazişindən, ata qayğısından illərlə uzaq düşən bu balaca sakinləri ilə dil tapmaq o qədər də asan olmur:

"Ailə tərbiyəsi görməyən, daim zorakılığa məruz qalan bu uşaqlar həddən artıq kaprizli olurlar. Onların çoxu əvvəl-əvvəl burdan qaçmağa, ya da intihara meyilli olurlar. Burda uşaqlar olub ki, biz 7 ay onunla danışa bilməmişik. Aylarla psixoloji yardımlar göstərdikdən sonra həmin uşaq elə dəhşətli həyat hekayəsini danışıb ki, şok olmuşuq. Təsəvvür edin, uşaq anasının məşuqu tərəfindən cinsi zorakılığa məruz qalıb. Elə uşaqlar olub ki, öz anasının gözü önündə zorlanıb, uşağın dili tutulub".

Otaqdakı müxtəlif əl işləri diqqətimizi çəkir. Birliyin sədr müavininin sözlərinə görə, bu əl işləri roman tayfasına məxsus 12 yaşlı qızın əl işləridir:
"Bu qızımızı metropoliten işçiləri tapıb gətirib. Bilirsiniz ki, roman tayfasına məxsus uşaqların reabilitasiyası çox çətindir. Çünki roman tayfaları uşaqlarına dilənməyi, pul qazanmağı ənənə kimi ötürür. Biz o uşağın qəyyumu olan nənəsini tapdıq, qız indi oxuyur, yazır, əl işləri var. Hətta roman tayfasına məxsus dildən istifadə etmir, qəyyumunu görmək belə istəmr. Oxumaq, ali təhsilli mütəxəssis olmaq arzusundadır".
Sığınacaqda olan bütün körpələr sanki bir mələyi xatırladır.

Təbəssümdolu baxışlarını bizdən ayırmayan bu yaraşıqlı qızın anası alkaqol düşkünüdür. Qızcığaz polis və yerli icra hakimiyyətinin nəzarəti altında sığınacağa yerləşdirilib. Dispanserə müalicəyə göndərilən ana, sonradan uşağını geri qaytarmaq üçün bu məkana üz utub. Amma uşağını nəinki geri alıb, hətta o biri övladı da anasından qurtulmaq üçün sığınacaqda qalmaq üçün yalvarıb. İndi hər iki bacı sərxoş anadan uzaqda - sakit məkanda öz uşaqlığını yaşayır
Sığınacaqda məskunlaşan analar da var. Onlar da həyat yoldaşları, doğmaları tərəfindən atılıb.

"Burda bir xanım var, bizə pənah gətirəndə atılmışdı, özü də hamiləydi. Həkimlər ona demişdi ki, uşağından imtina etməlisən, çünki xəstə doğulacaq. Hətta bu uşağı doğuracaq halda, öləcəyini də bildirmişdilər. Amma ana övladını seçmişdi. Qeyri-rəsmi nikahda yaşadığı əri də onu atıb"- deyən Vasif Akifli sığınacağa pənah gətirən ananın həyat hekayəsini qəhərlənərək danışır.
Onu da öyrəndik ki, burada böyüyən uşaqlar müxtəlif orta məktəblərdə təhsil alırlar. Sığınacaqdakı uşaqların çoxunun səsi ali məktəblərdən gəlir. Hətta İtaliyada təhsil alan tələbə də bu sığınacağın sakinlərindən olub. Tanınmış jurnalist xanımın da məhz bu sığınacaqda böyüdüyünü eşidincə də təsirləndik. Burda böyüyüb, ailə quran, öz ocağının işığını yandıran sakinlər də var.

Sonda onu da öyrənirik ki, gün ərzində sığınacağa xeyriyyəçilər, eləcə də tələbələr, müxtəlif insanlar gəlir. Onlar uşaqlarla əylənir, vaxt keçirir, ürəklərini şad edirlər.
... Sağollaşıb çıxmaq istəyirik. Uşaqlardan biri əlində ağ vərəqlə yaxınlaşıb, "mənə gül şəkli çəkə bilərsənmi?", deyir. Xətrinə dəymirəm. Amma bu xahiş çox maraqlı gəldi. Soruşmağa macal tapmadan onun səsini eşitdim: Anama verəcəm... Qəhərləndim. Sonrakı cümlədən sonra isə gözyaşlarımı saxlaya bilmədim: Mənə anamı gətir...скачать dle 11.3

0
13.06.2017 1 572
Facebook Şərhlər:
2017. Yalnız Böyüklər üçün (18+)!
Яндекс.Метрика