Usta adı ilə evə girib, 65 yaşlı qadına ELƏ BİR ŞEY ETDİ Kİ ...BAKIDA - VİDEO

Usta adı ilə evə girib, 65 yaşlı qadına ELƏ BİR ŞEY ETDİ Kİ ...BAKIDA - VİDEO
Evə basqın edən dostlar yaşlı qadını döyərək ona qarşı quldurluq ediblər.

Sfera.az bildirir ki, hadisə bu ilin may ayının 1-də gecə saatlarında Abşeron rayon Masazır qəsəbəsində baş verib. 65 yaşlı Dürdanə Abbasova polisə məlumat verib ki, tanımadığı iki nəfər onun evinə basqın edib, döyüb evdən 400 manat pul və qolbağısını aparıblar.

Əməliyyat-axtarış tədbirlərinə başlayan polis ötən gün şübhəli kimi əvvəllər məhkum edilmiş Astara sakini Heydər Əhmədov və İsmayıllı sakini Elbrus Məmmədovu saxlayıb. Saxlanılarkən dostlar cinayətlərini etiraf ediblər. Məlum olub ki, həmin şəxslər hadisədən bir həftə əvvəl Beynəlxalaq Avtovağzal ərazisindəki kafelərdən birində tanış olublar. Bir evdə kirayədə qalan dostlar cinayət törətməyi də elə o vaxtı planlaşdırıblar.

Faktla bağlı Heydər Əhmədov və Elbrus Məmmədov barəsində Abşeron rayon polis idarəsində qulduruluq maddəsi ilə cinayət işi başlanıb,istintaq gedir. Polis onların bu kimi başqa cinayətlər törətməsini də istisina etmir. /xezerxeber.az/скачать dle 11.3

0
10.06.2017 978
Facebook Şərhlər:
2017. Yalnız Böyüklər üçün (18+)!
Яндекс.Метрика