Seks tipiniz hansıdır?

Seks tipiniz hansıdır?
Sevdiyiniz insanla ehtiras dolu bir gecə yaşamaq şübhəsiz ki, həyatda ən çox zövq aldığınız anlardan biri olur. Sizi daha çox xöşbəxt edəcək seks həyatı üçün ən çox hansı seks tipindən zövq aldığınızı kəşf etməlisiniz. İnsanların ən çox zövq aldığı seks növlərini araşdırdıq, ortaya əyləncəli və təəccüblü nəticələr çıxdı. Seks tipinizi müəyyənləşdirmək üçün oxumağa davam edin.

Romantik seks
Aşiq olduğunuz və sevdiyiniz adamla yaşadığınız romantik dəqiqələr sizə hər şeydən dəyərli olur. Romantik seks tipində toxunma, öpüşmə və əzizləmələr ən az sevişmək qədər önəmlidir.

Güvənli seks
Bəziləri bunun ən yaxşı seks tipi olduğunu düşünür. Çünki güvənli sekslə bir çox xəstəliklərdən qoruna bilərsiniz. Qorunmadan sevişdiyiniz zaman beyninizdə həmişə bir narahatçılıq ola bilər. Bu narahatçılıq daha ehtiraslı seks yaşamanızı əngəlləyər.

Kontrolsuz seks
Bu seks tipi bir çox insanın ən sevdiyi seks tipidir. Hər şeyin təbii axışına buraxıldığı və həyəcanlı seksdir.

Soyunmadan seks
Bəziləri buna "ofis seksi" də deyir. Bu əslində eyni şey deyil. Seks zamanı sizin köynəyinizin, onun da şalvarının üzərində olduğu seksdir. Bəzilərini soyunmaqdan sevişmək daha çox ehtiraslandırır.

Səhər seksi
Səhər gözünüzü açdığınız zaman yanınızda partnyorunuzu görmək əlbəttə ki xoş hissdir. Səhər seksindən sonra bütün günü xoş gülümsəmə ilə gəzməyiniz mümkündür. İnsanlar niyə gülümsədiyinizə belə təəccüblənə bilər.

Surpriz seks
Bəzi insanlar seksi planlamağı sevmirlər. Onlar üçün hadisələrin anidən baş verməsi daha həyəcanvericidir. Qeyd edək ki, surpriz seks kişilərin ən çox sevdiyi seks tipidir. Heç gözləmədiyiniz vaxt və gözləmədiyiniz yerdə sekslə məşğul olmaq hər ikiniz üçün həyəcanverici ola bilər.

Barışma seksi
Barışma seksi etdiyiniz davadan və ya küsdükdən sonra edilən seksdir. Bəzi insanlar bunun ən zövqverici seks olduğunu deyirlər. Barışma seksindən sonra nə üstündə dalaşmısınızsa o həll olunur və hər şey sıfırlanır.скачать dle 11.3

0
16.05.2017 375
Facebook Şərhlər:
2017. Yalnız Böyüklər üçün (18+)!
Яндекс.Метрика