Kişilərin həzz nöqtələri

Kişilərin həzz nöqtələri
Seks bu həyatda ən yaxşı alış-verişdir. Niyə? Çünki verdiyimiz zövqü rahatlıqla qarşı tərəfdən ala bilirik. İndi biz sizinlə kişi bədənində "səyahətə" çıxacağıq.

Beyin
Qadın üçün də, kişi üçün də ən önəmli seks orqanı beyindir. Görünüşüzü və duruşunuzu erotik vəziyyətə gətirərək partnyorunuzu seks üçün hazır edə bilərsiniz. Təhrikedici görüntü onları seksə hazırlamaqda bir nömrəli ünsürdür.

Burun
Kişilər seksi qoxulardan asanlıqla ehtiraslanırlar. Partnyorunuzun üzünüzün və boynunuzun qoxusunu içinə çəkməsinə fürsət verin.

Dodaq
Dodaqların təması kişilər üçün sonsuz təhrik gücünə malikdir. Öpüşməmişdən qabaq dodaqlarınızı, yanaqlarınızı yüngülcə dodaqlarına dəydirib geri çəkilərək partnyorunuzu daha çox ehtiraslandıra bilərsiniz.

Boyun
Partnyorunuzun boynuna aldığınız ilk nəfəs və islaq dodaqlı təmasla onu "dəli" edə bilərsiniz. Qulaq arxasına dilinizlə toxunaraq ona dəhşətli bir həzz yaşada bilərsiniz. Eyni zamanda bu öpüşmə ilə bərabər seksi sözlər desəniz, sizi çox yaxşı seks gözləyir deməkdir.

Qulaq
Qulaq incə və həssas olduğu üçün bütün toxunuşlara qarşı duyarlıdır. Qulağın ucunu dişləməyiniz, islaq dodaq təması partnyorunuzu dəli etməyiniz üçün kifayətdir.

Ayaqlar
Ayaqlar ilə cinsi orqanların sinirləri arasında bir bağlantı var. Ona görə də, onu ehtiraslandırmağa ayaqlardan başlaya bilərsiniz. Çox qıdıqlanan biridirsə, ayağının altına yox, sadəcə barmaqlarına masaj edə bilərsiniz.

Bud
Sevgilinizi asanlıqla ehtiraslandırmaq istəyirsinizsə cinsi orqana yaxın hissəyə toxunaraq masaj edə bilərsiniz.

Əllər
Barmaq ucları bədənin ən həssas hissəsidir. Barmaq uclarına öz barmaq uclarınızla toxunaraq ovuc içinə dairəvi hərəkətlərlə masaj edərək onu rahatlaşdıra bilərsiniz.

Qarın
Qarın bölgəsinə xüsusilə göbəyə etdiyiniz masaj ehtiraslı sevişməyə səbəb ola bilər.скачать dle 11.3

0
16.05.2017 3 689
Facebook Şərhlər:
2017. Yalnız Böyüklər üçün (18+)!
Яндекс.Метрика