İlk gecə qorxusu üçün məsləhətlər

İlk gecə qorxusu üçün məsləhətlər
İlk dəfə cinsi münasibətdə olmamısansa, bu mövzuda özünü gərgin hiss etməyin normaldır. Hər kəs yaddaqalan ilk gecə üçün narahatçılıq keçirir. Bəs ilk gecəni necə xatırlamaq istəyirsən? Peşmanlıq və ağrılımı yoxsa həyatınızın ən gözəl gecəsi olaraqmı xatırlamaq istəyirsən? Ətrafından eşitdiyin ilk gecə hekayələri səndə narahatlığın artmasına səbəb olur. Ətrafından eşitdiyin söhbətləri qulaq ardına at və bizim məsləhətlərimizə qulaq as.

İstədiyindən əmin ol
İlk gecə həyatın boyunca xatırlayacağın anlardan biri ola bilər. Həqiqətən istədiyinə əmin olmadan yaşayacağın cinsi münasibət sonradan sizi bədbəxt edə bilər. İlk gecəni vaxtının gəldiyini düşündüyün və ya partnyorunun istədiyi üçün deyil, doğru vaxtda doğru adamla olduğunu hiss etdiyin an yaşamalısan.

Plan edin
İlk dəfə birlikdə olmaq bir çox adam üçün həyəcanlı gələ bilər. Xüsusilə də, qadınların ətraflarından eşitdikləri "acı"dolu hekayələr onların daha çox narahatçılıq keçirməsinə səbəb ola bilər. İlk gecənin gərginliyini azaltmaq üçün birlikdə plan edə bilərsiniz.

Böyük gözləntilərin olmasın
Cinsi münasibət ilk dəfə heç də uğurlu olmaya bilər. Xüsusilə də ilk başlarda agrı hiss etməyin və özünü yaxşı hiss etməməyin normaldır. İlk gecədən zövq alacağını ümid etmə. İlk gecədə orqazm olacağını unut.

Masturbasiya edin
Seksdə heç təcrübənin olmaması səni qorxusursa, təkbaşına təcrübələr qazana bilərsən. Masturbasiya haqqında soruşulan ən çox sualdan biri bakirəliyə zərər verib - verməməsidir. Bakirə qızlar üçün klitoral masturbasiya məsləhət görülür. Cinsi əlaqə zamanı da həm ehtiraslanmağınız, həm də ağrı hiss etməməyiniz üçün də partnyorunuz sizə masturbasiya ilə kömək edə bilər.

Kontrolu əlinə al
İlk dəfə əlaqə zamanı özünü rahatlatmağın və ehtiraslanmağın önəmlidir. Bu da daha çox partnyorundan asılıdır. Onunla bu mövzuda danış. Seks zamanı ağrı hiss edirsənsə bunu ona de və yönləndirməyə çalış. Kontrolu tamamən ona buraxmayın. Hətta ilk gecələr üçün qadının üstdə olduğu pozalar tövsiyyə edilir. İlk gecə üçün bu poza sizi utandıra bilər, ancaq bu zaman hər şey daha asan və ağrısız olacaq.

Hamilə qalmamaq üçün tədbir görün
İlk gecə də belə hamilə qalmağın mümkündür. Çox adamlar isə buna elə də istəkli deyillər. Prezervativlər bu işdə sizə kömək ola bilər.скачать dle 11.3

-1
15.05.2017 600
Facebook Şərhlər:
2017. Yalnız Böyüklər üçün (18+)!
Яндекс.Метрика