Seks yoxsa romantika?

Seks yoxsa romantika?
Ehtiraslı sevişmə, yoxsa romantik sevişmə? Hansı sizə daha yaxındır? Cinsi həyatına romantika qatmaq istəyənlər üçün məsləhətlərimiz var. Həm sizin, həm partnyorunuzun ruhuna xitab edəcək romantik seks məsləhətləri araşdırdıq.

Mesaj atın

Münasibətinizi rəngləndirmək və romantikləşdirmək üçün gün ərzində erotik mesajlar atın. "Səninlə sevişmək istəyirəm, kaş indi yanımda olsan" kimi mesajlarla partnyorunuza bu gün özəl gecə olacağını bildirə bilərsiniz.

Xüsusi ətir seçin

Qoxunun hislər üzərindəki təsirini bilirsiniz. Xüsusilə ilk görüşdə istifadə etdiyiniz ətir partnyorunuzun yaddaşından silinməz. İlk görüşünüzdəki ətirdən təkrar istifadə edərək o günləri partnyorunuza xatırlada bilərsiniz. Ya da heç vaxt istifadə etmədiyiniz qoxuyla sevgilinizi həyəcanlandıra bilərsiniz. (Əks cinsi ehtiraslandırmaq üçün hansı qoxularla mümkün olduğunu bilmək üçün bu yazını oxuya bilərsiniz)

Yarımçıq soyunun

Münasibətin ilk günləri çox romantik olur. Hər şey çox yavaş irəliləyirdi, ikiniz də utancaqsınız. Ancaq münasibətiniz kimi cinsi həyatınız da romantik idi. İndi isə hər şey dəyişilib. O romantikanı geri qaytarmaq üçün əvvəlki kimi utancaq qadın rolunu oynamaq necə fikirdir? Yatağa yarı soyunmuş vəziyyətdə girin. Alt paltarlarınızı çıxarmaq zövqünü partnyorunuza buraxın. Düşündüyünüzdən də daha çox işə yarayacaq.

Masaj edin

Sərt toxunmalar həmişə ehtiraslı olacaq demək deyil. Bir - birinizə yumşaq şəkildə toxunun. Hətta bu toxunuşları masaja çevirin. Masaj etdiyiniz zaman aromatik yağlardan da istifadə edə bilərsiniz.

Qaşıq pozasına üstünlük verin

Qadın və kişinin yan yatıb bir-birini qucaqlaması ən romantik və sevgi dolu pozadır. Beləcə özünüzü partnyorunuzun bədəninin və ruhunun bir hissəsi kimi hiss edəcəksiniz.

Sevişdikdən sonra romantika

Seksdən sonra romantikanı unutmayın. Yataqdan çıxıb tez hamama qaçmayın və ya yatmayın. Bir müddət yataqda qalıb danışın və ya səssizcə anın dadını çıxarın. Duşa girməli olsanız belə birlikdə girin və mütləq gecələri bir-birinizi qucaqlayıb yatın. Beləcə, özünüzü səhər seksinə hazırlayacaqsınız.скачать dle 11.3

0
15.05.2017 766
Facebook Şərhlər:
2017. Yalnız Böyüklər üçün (18+)!
Яндекс.Метрика