Seks münasibətdə niyə önəmlidir?

Seks münasibətdə niyə önəmlidir?
Münasibətlərimiz haqqında danışanda həmişə sevgi, hörmət və sədaqətdən bəhs edirik. Lakin demək olar ki, çoxumuzun dilə gətirə bilmədiyi seks də münasibətin önəmli parçalarından biridir. Yaxşı cinsi münasibət həm sizi, həm də partnyorunuzu xoşbəxt etməklə yanaşı aranızdakı bağı da gücləndirir. Həmçinin bu sağlamlığınız üçün də vacibdir.

Bir-birinizə bağlayar
Seksin münasibətinizdə önəmli olmasının ən birinci səbəblərindən biri aradakı bağı gücləndirməsidir.

Stressdən azad edir
Mütəxəssislər nizamlı seks həyatı olanların günboyu yaşanan stressdən daha asan azad olduqlarını qeyd edirlər. Uzun və yorucu gündən sonra bütün enerjinizi bərpa edə biləcək orqazm sizin stressdən də azad olmağınıza kömək edəcək.

Uzunömürlü olmağınıza kömək edər
24 saat ərzində bir dəfə sekslə məşğul olmaq testosteron və estrogen səviyyələrini nizama salır. Seksin ürək və damar sisteminə də yaxşı təsir göstərdiyini mütəxəssislər xüsusi qeyd edir. Yəni uzun və mütamadi seks həkimi evdən uzaq tutmağın ən əyləncəli yollarından biridir.

İdman edirsiniz
Yarım saatlıq seks zamanı 144 kalori atırsınız. Artıq çəkidən də azad olmağın ən zövqlü yollarından biridir.

Yuxunuzun keyfiyyətini artırır
Yaxşı seksdən sonra kim özünü yorğun hiss etməz ki? Bu yorğunluq sizi daha yaxşı yuxuya getməyinizə səbəb olur. Ümumiyyətlə, yatmamışdan öncə idmanla məşğul olmaq mütəxəssislər tərəfindən məsləhət görülməsə də seks istisna haldır.

Ağrılarınızı azaldar
"Bu gecə başım ağrıyır" bəhanəsi sekslə məşğul olmamaq üçün heç də yaxşı bəhanə deyil. Niyə? Çünki seks əslində miqren ağrılarına yaxşı təsir göstərir. Buna görə də miqrenlə mübarizə aparmaq istəyirsinizsə seks ən yaxşı dərmandır.

Daha gözəl görünərsiniz
Güzgüyə baxdığınız zaman qüsursuz dəriyə sahib olduğunuzu görmək istəməzsiniz? Elə isə tez-tez sekslə məşğul olun.скачать dle 11.3

0
15.05.2017 183
Facebook Şərhlər:
2017. Yalnız Böyüklər üçün (18+)!
Яндекс.Метрика