Mükəmməl cinsi münasibət: 3 seks qaydası

Mükəmməl cinsi münasibət: 3 seks qaydası
Birinci, üçüncü, beşinci... fərq etməz neçənci dəfə cinsi münasibətdə olursunuz. Əsas olan onu daha gözəl yaşamaqdır. Mükəmməl cinsi münasibət kim istəməz ki?! Elə buna görə də bu dəfə sizə 3 adi seks qaydasından yazırıq.

1. Seksi ediləcək işlərinizin siyahısına əlavə edin
Bir nöqtədə hətta ən sehirli seks belə rutin halına gələ bilər. Başlarda bu adrenalin hissini sizə yaşadacaq. Belə sehirli və adrenalin dolu cinsi münasibətinizi vaxt gələcək ev, uşaqlar əvəz edəcək. Yavaş-yavaş seks ən son istəklər arasında özünə yer tapacaq: həftədə, ayda bir dəfə, hətta ürəyini nə vaxt istəsə, məişət problemləri nə vaxt icazə versə o vaxt da cinsi münasibətə hazır olacaqsınız. Bütün bunları yaşamayasınız deyə, cinsi münasibətinizi də ediləcək işlərinizin siyahısına əlavə etməkdə fayda var. Çünki xoşbəxt münasibətin təməl qaydalarından ən əsası də mükəmməl cinsi münasibətin yaşanmasıdır. Eyni zamanda da seks sağlamlığın da açarıdır.

2. Bütün işlərinizi yataq otağından kənarda buraxın
Şəhərdəki həyat ritmi, gündəlik streslər, ediləcək işlərin siyahısı və daha nələr, nələr. Təbii ki, yenə də, seks arxa planda qalır. Və nəyəsə görə cütlüklərin çox gündəlik iş, ev problemlərini məhz yataq otağında həll etməyə çalışır. Amma yataq otağı bu problem dolu məsələlər üçün uyğun yer deyil. Mənfi enerjilə yüklənən otağınız sizi yorur və nəticədə seks də unudulur. Buna görə də, çalışın bütün problemlərinizi yataq otağının qapısının arxasında buraxın. Bu zaman hər şey ürəyinizcə olacaq.

3. Düzgün alt paltarları alın
Mütəmadi cinsi əlaqə bir-birinizi yaxşı tanımağa imkan verir. Və nəticədə də bilirsiniz ki, o, hansı alt paltarlarında sizin daha çox cəzbedici olduğunuzu hiss etdirir, hansı geyimlər siz onun ağlını başından alırsınız. Zərif krujeva, atlas, incə məxmər, lentlər həmişə ən düzgün seçim olub.скачать dle 11.3

0
15.05.2017 3 194
Facebook Şərhlər:
2017. Yalnız Böyüklər üçün (18+)!
Яндекс.Метрика