Orqazm haqqında təəccübləndirici məqamlar

Orqazm haqqında təəccübləndirici məqamlar
Əksər qadınlar seksdən zövq almamaqdan və orqazm olmamaqdan şikayətçidirlər. Orqazm nə, necə olduğunu və öz bədənini tanımaq yaxşı seks üçün ən vacib amillərdən biridir. Ancaq qadınlar orqazm haqqında danışmaqdan çəkindikləri üçün də məlumat çatışmamazlığı yaşayırlar.

Sizin üçün orqazm haqqında doğru bildiyiniz yalnışlar haqqında araşdırma apardıq:

Peniz böyük və seks sərt olarsa o zaman qadın orqazm olar
Qadınların sadəcə 15% vaginal penetrasiya zamanı orqazm ola bilirlər. Digər qismi isə ön sevişmə zamanı orqazm olur. Yalnız penisin böyük və ya sevişmənin sərt olması qadınları orqazm həddinə çatdırmır.

Kişi gec orqazm olarsa qadın daha çox zövq alar
Porno filmlərdə gördüyünüz sevişmə müddətinin əksinə qadın üçün 30 dəqiqəlik sevişmə də bəzən uzun müddətdir. Müddət uzandıqca vagina qurumağa başlayır və narahatlığa səbəb olur. Cinsi münasibətdə orqazm olma müddəti 8 dəqiqədir. Bu müddət ərzində kişinin köməkliyi ilə qadın orqazm həddinə çata bilər.

Erkən orqazm qadınlar üçün xəyal qırıqlığıdır
Erkən orqazm əslində qadınlar üçün xəyal qırıqlığı deyil. Orqazm olduqdan sonra sevişməni davam etdirməməsi qadınların xəyal qırıqlığı yaşamasına səbəb ola bilər. Ən əsas önəmli olanda cütlüklərin cinsi münasibət zamanı yaşadıqları problemlər haqqında danışmasıdır.

Kişi qadına necə toxunmaq lazım olduğunu bilməlidir
Kişilər qadınlar haqqında hər şeyi bilməlidir deyə klişe bir deyim var. Ancaq qadınların ruh halı gündən-günə hətta saatdan-saata dəyişə bilər. Daha öncə nə qədər təcrübə yaşansa da qadın ona necə toxunmaq lazım o demədən bilməsi mümkün deyil.

Bütün qadınlar anal seks istəyir, lakin bunu bilməzlər
Anal seks bir çox qadının ilk seçimi deyil. Bu orqazma çatmaq üçün isə seçimlərdən biri ola bilər. Ancaq yenə də qadınların 2%-i bunu istəyir.скачать dle 11.3

0
15.05.2017 506
Facebook Şərhlər:
2017. Yalnız Böyüklər üçün (18+)!
Яндекс.Метрика