Anasını yanına aparmaq istəyir - oxucu məktubu

Anasını yanına aparmaq istəyir - oxucu məktubu
Təklikdən dərdimi bölüşməyə,məsləhət almağa heç kimim olmadığı üçün yazıram. Xahiş edirəm qınamayın .
Mən yoldaşımdan ayrılmışam və balaca bir balam var. Özüm mağazada işləyirəm çox cətinliklə balamı saxlayıram. İşə başlayan ilk gündən yan dükanda bir oğlanın mənə diqqət etdiyini hiss edirdim amma heç nə demirdim ki, bəlkə yanılıram heç mənə baxmır. Günlərin bir günü bu insan mənə yaxınlaşdı və bütün qəlbini açdı,sən demə ilk gündən mənə aşiq olubmuş. Mənim haqqımda hər şeyi bildiyini dedi və özünün də ailəli olduğunu dedi. Təbii ki buna mən sərt cavab verdim. Sonra xahiş etdiki heç olmasa dost olaq salam sağolu kəsməyək. Bir gün mən işe getməyəndə nömrəmi alıb mesaj yazmağa başladı.Nə başınızı ağrıdım salam sağ ol mesajlaşması uzana- uzana getdi. Xahiş edirəm məni pis anlamayın heç vaxt ailə dağilmasını istəməmişəm. 1il evli olmuşam yoldaşımdan nə sevgi nə qayğı gözəl söz heç nə eşitməmişəm nə də görməmişəm ancaq içb gəlib döyüb. Zamanla artıq bu oğlanla mesajlaşmamız daha da çoxalırdı boş qalmış qəlbimdə artıq ona qığılcımlar yaranmağa başlamışdı amma yenədə özümü durdururdum ki,o evlidi ailəsi uşağı var. Amma qəlbimə söz keçirə bilmirəm. Biz iki gənc sevgili kimi hər fürsətdə görüsürdük gözəl vaxt keçirirdik . Mənə hər dəfə qadın olduğumu göstərir,sevildiyimi hiss etdirirdi. Zamanla həyatımı zəbt etmişdi onsuz qala bilmirdim,məni sevməklə yanaşı uşağıma da əsl ata kimi davranırdı.
Bunun çox cəkməyəcəyini düşünərək bir gün onunla danışıb “ ayrılaq, bitirək” dedim.Çünki hər gün ona daha da aşiq olurdum amma o evli idi deyə çox əziyyət cəkirdim hətta onu qısqanırdım yoldaşına . Nəhayət görüşdük və ona “ayrılaq” dedim.Sən evlisən hər gecə yoldaşının yatağına uzanib məni xəyallarında canladırmağın çox pisdi ,həm ailə dağıdan ev yıxan olmaq istəmirəm, həm də ki özüm hər gecə səni onun yatağında düşünə bilmirəm pis oluram.
Bu sözləri demişdim ki,ağladı qabağımda diz cökdü ki,mən yoldaşımla 2 ildi ki eyni otaqda ayrı çarpayılarda yatırıq. Buna səbəb isə özünü məndən diksindirməsi oldu . Bir dəfə də əlaqəyə girməmişdən qabaq məndən pul istədi,ki pul ver olaq. Ondan sonra tüpürdüm ona və əlimi də vurmuram. Səni taniıyana qədər ehtiyacımı odəyirdim pulla amma indi sənə aşiqəm, səni sevirəm sevginin, əsl qadının necə olduğunu sənlə bildim. Məni buraxsan olərəm. Hətta yoldaşım da bilir ki,əlaqəm var, danışıram, görüşürəm, susur və dözür. Bizim münasibətimiz ancaq usaqlara görədir.
Bunu deyib necə ağladısa ürəyim dözmədi ayrılanmadım. Məni qınamayın xahiş edirəm 28 yaşım var o qədər çətinlik görmüşəm ki, ilk dəfədi ki,sevildiyimi, qadın olduğumu anladım. Mənim körpə bir qızım var. İstəmərəm ailə dağıdım amma mən bu insana aşiqəm. Onsuz bir gün də qala bilmirəm. Hər gün dükanda bir yerdə saatlarla vaxt keçiririk.
2-3 dəfə birlikdəliyimiz də olub. Bu həftə kəbinə aparmag istəyir məni amma qərarsızam, bilmirəm nə edim. Xahiş edirəm təhqir etmədən fikirlərinizi bildirin, məsləhət verin mənə.Oxucu məktubu. Məktubu olduğu kimi sizlərə təqdim edirik.Neçə vaxtdır ki, içim tərəddüdlərlə çırpınır, təlatüm içindəyəm büsbütün…
8 ildir ki, ondan ayrılmışam. Həm də çox "pis” ayrıldım ondan. Həyatda ideal insan yoxdu, mən də özümü ideal sanmamışam heç havaxt. Bəziləri kimi kiminsə, nəyinsə xatirinə dözüb yaşaya bilərdim. Amma basqı, təzyiq, təhqiri, üstəlikdə sevmədiyim bir adamdan qəbul edərək yaşamaq mənlik deyildi. Canımın parçaları olan balalarımın xatirinə belə dözmədim. Neyse... Artıq hər şey keçmişdir.
Rəhmətlik Nənəmin sağlığında o bizim küçədən belə keçə bilməzdi. Amma indi qaynanam əməliyyat olunandan anasına görə günaşırı arvadıynan gəlib gedir. Etirazımı bildirəndə də deyir, "aparıram anamı, özüm baxacam”...
Bilirəm ki, qaynanam getməz, amma yenə də içimdə bir qısqanclıq var, bir yandırıcı nigarançılıq var. Bayramı bizimlə birgə keçirdik. Uşaqların sevincini təsəvvür edə bilmirəm. Bayram bazarlığını onlar eləmişdi. Biş-düşü mən elədim. Srağagün qaynanama 1-ci "ximiyaterapiya” eliyiblər. Arvad bütün günü qaytarır. Heç nəyin iyin götürmür.
Desəm bəlkə də inanmayacaqsız, onun arvadı özündən 8 yaş böyükdü, məndən 19 yaş...
Amma mənə qarşı çox mehribandı. 22 ildi bir yedədilər, amma uşaqları olmayıb. Ona görə mənim uşaqlarımı çox sevir. Nuraydan ötrü isə ürəyi gedir. Amma mənim ürəyim götürmür, qısqanıram, odlanıram, için-için yanıram onları bir yerdə görəndə....
Amma qaynanama görə heç nə deyə bilmirəm. Hərdən "cinlərim” oynayır, istəyirəm ikisin də qovum evdən, amma qaynanamın bütün maddi məsrəflərini onlar edirlər deyən əlim –qolum bağlanır... Offf... Fikirlərim qarışıb, nə etdiyimi belə bilə bilmirəm...скачать dle 11.3

0
17.05.2017 415
Facebook Şərhlər:
2017. Yalnız Böyüklər üçün (18+)!
Яндекс.Метрика