Əlimdə ərimə yazılmış bir sevgi məktubu - oxucu məktubu

Əlimdə ərimə yazılmış bir sevgi məktubu - oxucu məktubu
Əlimdə ərimə yazılmış bir zərf....Gözlərimdə yaş... Ürəyim sanki yerindən çıxacaqmış kimi çırpınır.
Evləri təmizləyərkən, dolabda məktub dolu bir kiçik sandıqca əlimə keçdi. İşimi yarımçıq qoyub məktublara göz gəzdirməyə başladım. Bu ərimə yazılmış sevgi məktubları idi.
Oxuduğum hər sətir sanki ürəyimi deşirdi. Gözlərimdən yaşlar üzu aşağı axırdı.:
,,Salam, mənim əvəz olunmaz sevgilim..''
,,Mənim həyatımın mənasının kefi necədir?''
,,Sənə olan sevgimi kəlmələrə sığışdıracaq söz tapa bilmirəm''
,,Sənin üçün o qədər darıxıram ki, dəli olacağımı düşünürəm səni görməsəm, toxunmasam''
Bu kəlmələri oxuyurdum, o qıza həsəd aparırdım. O qız gözəl, həyat eşqi ilə dolu, romantik və ən əsası mənim ərimə dəlicəsinə aşiq idi. İçimdə qəribə hisslər vardı. Sanki bu məktubları ərimin sevgilisi yazmışdı mən yox.. Artıq o qız yox idi. Onun yerinə 40 yaşını keçmiş, qayğıkeş ana, ev işlərində itib batmış bir qadın vardı.
Yoldaşıma az vaxt sərf edirdim. Çox dəyişmişdim.
Bu məktublardakı eşq dolu kəlimələr məni rahat buraxmırdı. Mən o qızı geri qaytarmaq istəyirdim.
İlk etdiyimsə -şənlənmək... İtmiş həyat eşqimi geri qaytarmaq oldu.
Sonra bu sevinci ətrafımdakılara, əsas da yoldaşıma verməyə başladım. Birlikdə romantik yeməkler, gecə gəzintiləri, ikilikdə rəqs və s..
Artıq o qız geri qayıdırdı. Yoldaşım da, mən də, uşağım da xoşbəxt idik.
Qadın olmaq çətindir. Əsl qadın olub və xoşbəxt olmaqsa daha da çətindir.скачать dle 11.3

0
17.05.2017 621
Facebook Şərhlər:
2017. Yalnız Böyüklər üçün (18+)!
Яндекс.Метрика