Yoldaşım şərikini sevdiyini dedi - oxucu məktubu

Yoldaşım şərikini sevdiyini dedi - oxucu məktubu
Salam. Sizə öz qəmli ehvalatımı danışacam. Həm məsləhət üçün, həm də sizə də dərs olsun deyə. 19 ildir ailə qurmuşuq. Çox çətinliklərimiz olub, 3 övladımız var. Maddi vəziyyətimiz çox yaxşıdır. Yoldaşım təzə iş qurmağa başladıqda bir tanışının gəzdiyi qızın adına sənədləri düzəltdirdi, illər keçdikdə bu qadın onun şərikinə çevrildi. Mən isə evdə mətbəxtdə başımı qatırdım. Özümə fikir vermirdim. Ancaq ərim və uşaqlarım, birdə evdə keçirilən hədsiz qonaqlıqların qulluqçusu idim. İllər keçdikcə ürəyimdə şübhə toxumları baş qaldırırdı. Yoldaşımın şəriki qadına qarşı idi bu hisslər. Qadın çox baxımlı idi, yoldaşımla çox vaxt keçirirdi. Evdə dava söz söhbət başladım etməyə. Yoldaşımsa aralarında bir şey olmadığına məni inandırdı. Ancaq xaricə səfərləri günü gündən artırdı. Yoldaşım çox vaxt evdə gecələmirdi. Aramızdakı söz söhbət günü gündən artırdı. Bir gün boşanıram dedim. Belə yaşaya bilmirəm. Möhkəm davamız oldu. O da sonunda dedi ki, hə sən haqlısan mən onu sevirəm, səninlə boşanmaya razıyam. Sizin heç nəyə ehtiyacınız olmayacaq. Sadecə mən bir daha burda gecələməyəcəm. Uşaqlarla da danışacam.
Quruyub qaldım. Mən onu geri gaytarmaq üçün boşanma söhbətini atdım ortaya və sonu da bu oldu. O gündən 10 gün keçib. Pulumuz şoferlə gəlir həmçinin ərzaqımız da.
Uşaqlarla da çöldə görüşür.скачать dle 11.3

0
10.05.2017 1 413
Facebook Şərhlər:
2017. Yalnız Böyüklər üçün (18+)!
Яндекс.Метрика