Məsləhətinizə ehtiyacım var - oxucu məktubu

Məsləhətinizə ehtiyacım var - oxucu məktubu
Demək belə.. Mənim hal -hazırda 20 yaşım var, məktəbi bitirmişəm. Amma çoxları deyir hələ də uşaq ağlındasan, doğurdan da beləyəm. Sizə öz həyatımı danışmaq istəyirəm.Əslində mən istənilmədən olmuşam. 1 bacım var, ailədə hər kəs onu çox istəyir, məni yox. Yəni, özümü tək tək hiss edirdim, yalnız olduğumu düşünüb, Allaha sığınırdım.. Daha sonra qarşıma biri çıxdı.. Mən 9-cu sinifdə oxuyanda. Biz sevgili olduq o məktəbi qutardı, Universitetə daxil oldu. Mən hələ də məktəbdə oxuyurdum 9-cu sinifdə.. Onu həqiqətən çox sevirdim, ilk öncə o məni görmüşdü. 2 ay onunla dost kimi danışdıq. Bilirdim qızla oğlanın dostluğu olmur, amma dərdimi danışacaq birisini axtarırdım. Bu oğlan çıxdı qarşıma. Məndən 2-3 yaş böyük idi. Bununla bir müddət dost kimi danışdıq.
Mən ona dost gözü ilə baxır, amma o mən yox. Sevgili olaq istəyirdi, amma mən razılıq vermirdim. Amma vaxt keçdikcə gördüm ki,öyrəşirəm ona, onsuz bir günüm keçmirdi. Hər gün danışırdıq. O vaxtlar mənimlə çox mehriban danışırdı.
Nə isə...belə günlərimiz keçdi. Sevgli olduq və çox gözəl günlərimiz oldu. Mehriban idik. Mən biraz qısqanc idim. Hətda,sinif yoldaşlarıma belə onu qısqanırdım. Düzdü bilirəm onu çox yoruram, ammabu məndən asılı deyildi.
Daha sonra hərgün dalaşırdı. Öz-özümə deyirdim ki, hər sevgilidə olan normal bir haldır. Amma sonra gördüm ki, yox, bizdə ifrat dərəcədə olur mübahisələr. Gündə nə qədər dalaşmaq olar axı?
Ya qısqanclıqdan, ya da ki, sözümüz düz gəlmirdi. Hər gün məni sevdiyini deyirdi.
Günlərimiz belə keçirdi. Sevgili olmağımızın 1 ili olmasına az qalmışdı.Onun çox sifətləri olurdu. Amma, onun səhvi olanda məndən küsürdü, danışmırdı. Məndə uşaq ağlında idim. Özüm yazıb danışırdım. Hətta günahı məndə görürdü və mən yenə də dözüb barışırdım.Yuxu görürdü, gəlib üstümə düşürdü, mən niyə bu yuxunu görmüşəm?
Deyirdim mən hardan bilim,üstümə qışqırırdı. Onunla çox böyük xəyallarımız var idi. Çox öyrəşmişdim ona, heç ayrılmırdıq. Hərdəfə dalaşaqda, barışırdıq. Hətta dalaşanda, 2 gün danışmayanda, deyirdik ayrıldlq, bunu eşidən dostlarımız buna inanmırdılar. Deyirdilər ki, siz ayrıla bilməzsiniz.Onu siznif yoldaşı qızlarına belə qısqanırdım. Deyirdim danışma onlarla,söz verirdiki danışmayacaq. Amma danışırdı. Hətta mənim xəbərim olmayanda şəkillər belə çəkdirirmiş, mən bunu bilib soruşanda, deyirdiki köhnə şəkillərdir. Dalaşırdıq, məni danlayırdı, günahı da məndə bilirdi. Hətta bir neçə dəfə mənə qarşı pis sözlər işədib,bura yazmağa utanıram.İstəmirəm ayrılaq, amma hər şeyin günahını məndə görür. Hərgün ağladır, qırır qəlbimi.
Artıq bilmrəm nə edim?Belə sevgili olur sizcə?
Özüm bir çarəsini tapa bilmirəm artıq. Evdədə heçkim bilmir sevgiliyik. Hətta əsəbləşəndə gözü heçnəyi görmür. Allaha qarşı artıq-əskik sözlər deyir. Deyirəm günahdı elə danışma, qışqırır üstümə.Yenə də susuram...İçimdəki acını heçkim bilmir. Kiməsə danışıb,ürəyimi boşaltmaq istətirəm, amma məni dinləyən yoxdur. Hətta bir dəfə sözümüz çəp gəlmişdi,mənə dedi ki, bu yaxınlarda sən mənim yoldaşım olacaqsan, amma biz evlənsək də aramızda əlaqə-falan olmayacaq. Mən başqaları ilə olacam. Bu sözləri eşidəndə özüm də utandım. Dedi sən evdə həyat yoldaşım olacaqsan, amma hər bir oğlanın belə əlaqələrə ehtiyyacı var. Dedim özün bilərsən. O zaman məni unut. Yenə dalaşdıq və bir müddətdən sonra barışdıq. Mənə yalvardı ki, dediklərimə görə məni bağışla ,səni qısqandırmaq üçün demişdim. Yaxşı deyib ,yola saldım.Amma ona qarşı inamım itdi. Elə bilirəm ki, hər an belə bir şey edə bilər, mənə xəyanət edə bilər. Xaiş edirəm mənə məsləhət verin. Mən nə edim? Ondan ayrıla bilmirəm. Acı çəkirəm, onun başqası ilə evlənəcəyini düçünəndə də dəli oluram. Hələ də onu çox sevirəm. Gözümdən çox düşüb. Özü də heç vaxt peşman olmur. Ondan yaşca balaca olduğum üçün, məni günahkar görür. Kömək edin, xaiş edirəm. Ayrılım, yoxsa sevgili qalım? Qarşımı kəsən tək şey sevgimdir, ayrıla bilməməyimdir.
Köməyinizə ehtiyyacım var...Kömək edin...скачать dle 11.3

+2
10.05.2017 668
Facebook Şərhlər:
2017. Yalnız Böyüklər üçün (18+)!
Яндекс.Метрика