Onu unutdum və xoşbəxtəm - oxucu məktubu

Onu unutdum və xoşbəxtəm - oxucu məktubu
Mənim 16 yaşım var idi, özümdən 8 yaş böyük bir oğlanla tanış oldum. İlk görüşdə eşq deyirlər, həqiqətən də, mənim üçün elə oldu, mən ilk görüşdə ona aşiq oldum, onu sevdim, gecəm, gündüzüm o idi, tanışlığımızdan bir müddət sonra ona sevdiyimi dedim, ailəm haqqında danışdım ona və bəlli oldu ki, sən demə, bu insan mənim atamla eyni iş yerində çalışırmış...
Atamı tanıdığından, ona hörmət bəslədiyindən dedi olmaz, bizdə alınmaz, həm də ki, mən sənin atana hörmətsizlik etmiş olaram deyib məndən uzaqlaşdı... Bəlkə də bir ildən çox, nə səsini eşitdim, nə də üzünü gördüm... Bir gün mənə sms yazdı: "necəsən, nə var, nə yox?" Dedim yaxşılıqdı, amma başa düşmədim, nə əcəb mənə yazdı.. Nə isə, elə-elə söhbətimiz bir müddət yenə davam etdi, amma sonda yenə o bitirdi və dedi ki düşündüm, səninlə vaxt keçirdə bilmərəm, yenə olmaz deyib bu dəfə isə təməlli getdi və ondan daha xəbər ala bilmədim...

Məni az-çox istəyirdi, həmçinin, məni bəyənirdi də...
Amma yenə də alınmadı... Çox pis olmuşdum...

Üstündən bir müddət keçdi, tanımadığım bir ailədən mənə elçi gəldilər... Anamgil razılaşdı, amma mən razı deyildim deyirdim ki, keçmiş sevdiyimdən başqa heç kəsi sevə bilmərəm, o yazıq da bədbəxt olmasın, mən onu heç zaman sevməyəcəm... Amma anamgil mənim fikrimə çox da əhəmiyyət vermədilər, məni verdilər, nişan oldu, oğlan mənimlə danışmaq istədi, məcbur razılıq verdim, danışdıq, görüşdük, bir müddət sonra sevdik bir-birimizi, indi isə evliyəm və xoşbəxtəm və bütün keçmişimi unutmuşam keçmiş sevdiyimə qarşı da, nə sevgim var, nə də nifrətim...
Həyatımda çox gözəl keçir...

Bu məktubu yazmaqda məqsədim odur ki, bəzi xanımlar evli ola-ola deyirlər ki, mən keçmiş sevdiyimi unuda bilmərəm və yaxud da unutmamışam, bax o qadınlara demək istəyirəm ki, hər şey öz əlinizdədir, keçmişi unuda bilər və həyatınızın bundan sonra qalan hissəsini o insan olmadan da yaşaya bilərsiniz, mən dəli kimi sevirəm dediyim insanı unutdum, siz də unuda bilərsiz...скачать dle 11.3

0
10.05.2017 334
Facebook Şərhlər:
2017. Yalnız Böyüklər üçün (18+)!
Яндекс.Метрика