14 yaşımda nişanlım məni zorladı… - oxucu məktubu

14 yaşımda nişanlım məni zorladı… - oxucu məktubu
Ağsuda doğulmuşam. Yaşıdlarım məktəbə gedəndə anam məni 14 yaşımda İsmayıllıdan 26 yaşlı oğlana nişanladı. Baxmayaraq ki, evdə məndən böyük bacım vardı. Mən etiraz edəndə anam “kimin qisməti nədirsə, elə olacaq” deyib ağzımın üstündən çırpdı. Oğlan evi heç mənə üzük də gətirməmişdi. Bir “kasinka” gətirib çiynimə atmışdılar, vəssalam. Mən onu sevmirdim. Kimsəni sevmirdim… Heç sevgi nədir bilirdim ki?! Mənim marağım oxumağıydı. Bir də həyətimizdə oturub “semiçka” çırtlamağı sevərdim. Nişanlım deyilən adamla görüşə zada da getməzdim. Həmişə o, bizə gəlirdi. Anam mənə deyirdi ki, sən məni biabır edirsən. Deyirdim axı mən məktəb oxumaq istəyirəm, institut oxumaq istəyirəm. Qapımızın ağzındakı skamyada oturub “semiçka” çırtlayanda özümü həkim kimi təsəvvür edirdim, müəllimə kimi… Amma heç vaxt bu yaşda ana olacağım ağlımın ucundan belə keçməzdi. Oğlan da bilirdi ki, mən onu sevmirəm, məni ona məcburi veriblər. Buna görə də nişandan yeddi ay sonra o, mənə zorla sahib oldu…скачать dle 11.3

0
10.05.2017 1 252
Facebook Şərhlər:
2017. Yalnız Böyüklər üçün (18+)!
Яндекс.Метрика