Həyat yoldaşımla intim əlaqədə ola bilmirəm - oxucu məktubu

Həyat yoldaşımla intim əlaqədə ola bilmirəm - oxucu məktubu
Mən özümü tərifləmək kimi çıxmasın ziyalı, oxumuş, mədəni bir qadınam. Öncədən onu deyim ki, məktubuma pis baxıb pis şərh yazmayın, çox xahiş edirəm. Çoxdandır bu sualı kimə verim deyə düşünürəm. Bu saytı da təsadüfən fb-da tapdım. Elə oxucu məktubunu görüncə mən də öz problemimi yazım deyə düşündüm.
24 ildir ki, evliyəm. Yoldaşımla bir-birimizi sevərək evlənmişik desəm, yalan demiş olaram. Vasitəçi oldu aramızda, lakin sonradan bir-birimizi elə sevdik ki, yüz illərlə sevənlər yalan oldu. Sevgimiz dillərdə dastana çevrildi, hamı bizi misal çəkdi, hamı bizdən danışdı. Lakin 2 ildir ki, bir məsələ mən çox narahat edir. Əvvəllər ər-arvad kimi baş verə biləcək hər şey normal idi. Yəni intim əlaqələrimiz qaydasında gedirdi. 2 ilə yaxındır ki, aylarla bir-birimizə yaxın da durmuruq. Yoldaşınız xəyanət edir -deməyin. Çünki 100 deyil milyon faiz əminəm ki, gəzmir. Xəstə də deyil. Bir yerdə elə əvvəlki qayda ilə mehribancasına yatırıq. Evdə də buna görə heç bir problem yaşanmır, nə o mənə pretenziya eləmir, nə də mən ona. Mən elə əvvəldən də soyuq olmuşam. Belə şeyləri heç xoşlamıram. Amma bir yerdə olanda heç vaxt bunu büruzə verməmişəm. Lakin o gəlib yerinə girib yatanda həmişə sevinmişəm ki, bu gün də heç nə olmadı. İndi isə, bu məni narahat etməyə başlayıb. Düşünməyin ki, mənə intim əlaqə lazımdır, xeyr, yanılırsınız. Sadəcə bilmək istəyirəm , bu normal haldırmı? Bizim kimi 20-30 illik ailəli qadınlar yazsın , bu belə də olmalıdırmı? Qeyd edim ki, mənim 47, onun 54 yaşı var. Evimizdə hər şey gözəl, öz axarıyla gedir. Bir nəvəm də var . Xahiş edirəm, məni açıq-saçıqlıqda suçlamayın, qadın saytı olduğuna görə müraciət elədim, heç kimə deyə bilmədiklərimi sizə yazdım.скачать dle 11.3

+1
10.05.2017 8 119
Facebook Şərhlər:
2017. Yalnız Böyüklər üçün (18+)!
Яндекс.Метрика