Dubaya aparılanda bakirəliyim pozulmamışdı - oxucu məktubu

Dubaya aparılanda bakirəliyim pozulmamışdı - oxucu məktubu
Çox qəribə bir haldayam.
Özümü xoşbəxt hiss etmirəm. Ailəliyəm 4 il olacaq. 1 oğlum var 3 yaşında.
Hal hazırda Rusiyada qalırıq. 21 yaşım var, sevməyib ailə qurmuşam.
2 həftədə tanımadığım birisinə verdilər məni .
Mənim öz sevdiyim olub sonra biləndəki, mənlə evlənmək istəmir artıq heç nə etmədim. Anama əvvəl dedim ki, mən bu insanla ailə qurmaq istəmirəm . Anam və bacım hər ikisi mənim dediklərimi qulaq ardına vurdular ki, gedəcəksən. Gedib Rusiyada bunları unudacaqsan.
Nə isə toy oldu . heç ürəyimdən deyildi. Toydan 1 ay sonra bura gəldik. Elə bilirdim qayınanamgildə qalacağıq. Yoldaşımda dedi ki, onlarnan yaşamayacağıq. Toyda mənə qızıl heç nə alıb taxmadılar .
Sonra baldızım bizi çağırdı öz yanına 1 otaqlı evdə bizdə gedib qaldıq orda. Mən donub qalmışdım yerimdə. Baldızım isə boşanmışdı 2 uşağı var mən onlara baxırdım. 6 Ay orda birgə yaşadıq çox çətin idi. 1 ayın gəlini idim. Uşaqlara da mən baxırdım.
Hər işi görürdüm hamı gəlirdi qayınlarım qayınana qayınata bütün iş mənlik idi. Deməzdim ki, yoldaşım pis insandı. O vaxtlar başladı ki, mənimlə soyuqlaşmağa gedirdi günlərlə gəlmirdi.
Nə telefonumda yox idi .Gəlirdi mənimlə danışmırdı.
Xasiyyəti elədi ki, özü günahkar belə olsa, elə qaşqabaqla danışır, mən özümü günahkar kimi hiss edirəm. Qayınanam da ad günündən ad gününə gəlir bizə . Heç vaxt nəsə pis sözdə deməmişəm anamı görəndə deyir ki, qızın belə geyinir lasina geyinir. Yalandan deyir uşağa baxmır.
Sonra mən hamilə qaldım çox pis idim . Yoldaşım gedirdi 2 gün bir gedirdi gəlmirdi. Sonra gəlirdi məndə dava düşməsin deyə heç nə demirdim. Deyirdi dostlarlayam. Bəhanələr deyirdi.
Sonra baldızım başladı mənə deməyə ki, səni bura mən çağırmamışam səni nəyə gətirib bura qoyub. Öz uşaqları idi. baldızım heç bir dəfə də çimizdirmirdi. Hətta yatdığı palazını da yığmırdı.
Sonra mən küsüb geri gəldim. Evə yemək almırdı neçə gün yoldaşım yanımda yox idi mənimlə danışmırdı. O günlərdə heç kim gəlmirdi. Hamilə olan günlərimdə günlərlə tək və ac qalırdım. 3 gündən sonra yoldaşım gəldi dedi niyə bu gündəsən yemək yeməmisən.
Gördü ki , heç nə yoxdu dedi hər şeyi qaydasına salacam.
Ev tutdu köhnə idi. Orada qaldıq. Kənddə uşaq oldu. Amma hiss edirdim ki, yoldaşım kiminləsə gəzir. Deyəndə də boynuna almırdı. Telefona gələn sms-ləri zəngləri yanımda açmırdı.
Elə günlər olurdu evə də gəlmirdi. Məndə qalırdım tək. Evdə körpə balamla heç kimidə tanımırdım. Bu ailənin sonradan söhbətlərin eşidəndə şoka düşdüm. Qayınatam çoxdan rəhmətə gedib. Sağ vaxtı o öz baldızıyla gəzirmiş. Uşaqlarıda olub.
Böyük baldızımı isə evdən qovublar. Heç bu günə qədər maraqlanmayıblar. Qayınanam nə də ki, qardaşları. Kiçik baldızımdaki atası yaşında biriylə yaşayır. Mən bunları eşidəndə şok oldum. 3 qaynım var biri rusla biri də erməni ilə evlidi. Məndən başqa azəri yoxdu. Nə isə istədim ki, bu məsələləri əsas da ərimin gəzdiyini biləndə boşanım.
Yenə dedim ki, uşaq var yaxşı olar onu sevməsəmdə , özümü elə aparıram ki, məndə onu istəyirəm. Çalışırdım yaxın olaq deyirdim artıq ailəliyəm yoldaşımı sevim amma görürdüm nəsə soyuqdur.
Yenə də 3 il belə olduq. Küsürdük amma mən yenə yaxınlaşırdım barışırdım.
Sonra daha məndə yoruldum özümü belə aparmaqdan. Düzdü mənə əl qaldırmır amma mənimlə belə daima soyuq olmasını anlamıram.
Qeyd edim ki, mən yoldaşımdan qat-qat gözələm .
İxtisasca isə tibb bacısıyam. Nə isə yoldaşım başqa bir ev tutdu yenə kirayədə qalırıq indidə. İndi indi başlayıb məni sevməyə. Deyir heç kimlə danışmıram , gəzmirəm tək səni sevirəm .
Məndə isə artıq o həvəs o istək yoxdu. Ürəyim qırılıb. Yalnız uşağa görə boşanıb boşanmamaqda qərarsızam. Caamatın sözlərindən çəkinirəm.
Yoldaşımın qəribə xasiyyəti var . Nəsə bir mübahisədən sonra günlərlə danışmasam danışmaz mənimlə. Təzəliklə mənə notebook alıb. Məni ona belə qısqanır.
Amma bu vaxta qədər yadına belə düşmürdü ki, mən hardayam.
Neyniyirəm bütün günü heç zəng də etmirdi.

İşdə olanda aparıb qoyurdu Azərbaycana 3 ay bir qalırdım, iki ay bir indi isə məni qısqanmağa başlayıb .
Mənə deyir sən ki kiminləsə danışırsan. Deyirəm bax Azəri saytlarıdı yenədə inanmır.
Amma bu yaxınlarda bir sözu məni tamamilə qırdı.
Heç kimədə deyə bilmirəm . Beledə söz deyər yoldaş öz xanımına.
Deyir sən başqa kişiylə gəzmək istəsən mən səni qoyaram. Təki mənə denən .
Məndən boşanmağını istəmərəm deyir. Əvvəl elebildim zarafat edir sonra gördüm ciddidir.
Dedim sən nə deyirsən. Heçnə demedi. Üzünü çevirdi yatdı . 3 dəfə o sözü mənə dedi. Daha mən danışandan sonra heç nə demir. Heç bu cür də ailə olar heç xoşbəxt deyiləm.
Amma çıxış yolumu da boşanmaqda görmürəm.скачать dle 11.3

0
10.05.2017 1 291
Facebook Şərhlər:
2017. Yalnız Böyüklər üçün (18+)!
Яндекс.Метрика