Anasını yanına aparmaq istəyir - oxucu məktubu

Anasını yanına aparmaq istəyir - oxucu məktubu
Neçə vaxtdır ki, içim tərəddüdlərlə çırpınır, təlatüm içindəyəm büsbütün…

8 ildir ki, ondan ayrılmışam. Həm də çox "pis” ayrıldım ondan. Həyatda ideal insan yoxdu, mən də özümü ideal sanmamışam heç havaxt. Bəziləri kimi kiminsə, nəyinsə xatirinə dözüb yaşaya bilərdim. Amma basqı, təzyiq, təhqiri, üstəlikdə sevmədiyim bir adamdan qəbul edərək yaşamaq mənlik deyildi. Canımın parçaları olan balalarımın xatirinə belə dözmədim. Neyse... Artıq hər şey keçmişdir.

Rəhmətlik Nənəmin sağlığında o bizim küçədən belə keçə bilməzdi. Amma indi qaynanam əməliyyat olunandan anasına görə günaşırı arvadıynan gəlib gedir. Etirazımı bildirəndə də deyir, "aparıram anamı, özüm baxacam”...

Bilirəm ki, qaynanam getməz, amma yenə də içimdə bir qısqanclıq var, bir yandırıcı nigarançılıq var. Bayramı bizimlə birgə keçirdik. Uşaqların sevincini təsəvvür edə bilmirəm. Bayram bazarlığını onlar eləmişdi. Biş-düşü mən elədim. Srağagün qaynanama 1-ci "ximiyaterapiya” eliyiblər. Arvad bütün günü qaytarır. Heç nəyin iyin götürmür.

Desəm bəlkə də inanmayacaqsız, onun arvadı özündən 8 yaş böyükdü, məndən 19 yaş...

Amma mənə qarşı çox mehribandı. 22 ildi bir yedədilər, amma uşaqları olmayıb. Ona görə mənim uşaqlarımı çox sevir. Nuraydan ötrü isə ürəyi gedir. Amma mənim ürəyim götürmür, qısqanıram, odlanıram, için-için yanıram onları bir yerdə görəndə....

Amma qaynanama görə heç nə deyə bilmirəm. Hərdən "cinlərim” oynayır, istəyirəm ikisin də qovum evdən, amma qaynanamın bütün maddi məsrəflərini onlar edirlər deyən əlim –qolum bağlanır... Offf... Fikirlərim qarışıb, nə etdiyimi belə bilə bilmirəm...

Canlarım mənim, mənə yol göstərin, məsləhət verin... Bəlkə bir az yüngülləşim...скачать dle 11.3

0
09.05.2017 87
Facebook Şərhlər:
2017. Yalnız Böyüklər üçün (18+)!
Яндекс.Метрика