Rəfiqəmin telefonunda sevgilimin şəklini gördüm - oxucu məktubu

Rəfiqəmin telefonunda sevgilimin şəklini gördüm - oxucu məktubu
Salam saytın userləri. Mənim adım Nərgizdi, mənim 5-ci sinifdən bir oğlan dostum var idi .Onunla dostluğumuz olduqca maraqlı idi. Hər gün bir gəlib bir gedirdik dərsə. Artıq 9-cu sinifdə oxuyan zaman mən ona aşiq oldum. Onun özü də bilirdi. Amma bildirmirdi . Biz bir -birimizi sevdiyimizə göre sevgili olduq, ömürlük bir olacağımıza söz verdik. Menim ən yaxın bacı bildiyim bir rəfiqəm var idi . Eyni yaşda idik . Bir gün mən ona dostumu (artıq sevgilim olmuşdu ) onunla tanış edəcəyimi dedim, o da razı oldu. Getdik görüşə. Mənim hazırlıqlarım olduğuna görə getməli oldum. Amma refiqəm qaldı, mənə dedi ki, mən də evə gedirəm . Sən demə, mən gedəndən sonra onlar söhbətləsib, bir-birinə nömrələrini veriblər. Hər gün danışırlar. Amma bu haqqda mənə deməmişdi. Rəfiqəm özü də bilirdi ki, mən onu sevirəm, hətta onunla ölümə də gedərəm. Bunu bilə-bilə edirdi. Bir gün bizə gələndə telefonunda sevgilimin şəklini gördüm.(dəli oldum )..
Soruşdum ki, bu şəkil səndə ne gəzir? O da vhatsappada profilini mənə gösdərdi ki, bax, mən onunla danışıram . Sən aramıza girməsən, yaxşı olar. Bütün bunları sevgilimə dedim. O da dedi ki, özüm bilərəm kiminlə danışaram . Mən ondan ayrıldım, gördüm ki, gözləri doldu. Bilmirəm nə edim, onu çox sevirəm, o da məni amma bilmirəm niyə rəfiqəmi seçdi... :((

Xahiş edirəm, qızzlar, mənə kömək edin.....! Mənə yaxşı məsləhət verməyinizi istəyirəm....скачать dle 11.3

0
09.05.2017 1 183
Facebook Şərhlər:
2017. Yalnız Böyüklər üçün (18+)!
Яндекс.Метрика