Yoldaşım 2 övladı olan bir xanımla mənə xəyanət edir - oxucu məktubu

Yoldaşım 2 övladı olan bir xanımla mənə xəyanət edir - oxucu məktubu
Həyatım mənə çox əziyyət verdi. Kim nə etsə də, yoldaşım etməz deyirdim.

Amma, ən böyük zərbəni yoldaaşımdan aldım. Biz bir-birimizi çox sevirdik, çox çətinliklə ailə qurduq.

İlk qaynanam bu evliliyə razı olmadı , amma , sonra bu evliliy öz yolu ilə baş tutdu.

4 ildən sonra artıq toyumuz oldu. Özümü çox xoşbəxt hiss edirdim. Çünki, sevdiyim şəxs ilə ailə həyatı qurmuşdum.

Amma, bu xobəxtlik iki il sürdü. Həyatım al-üst oldu. Həyatın əsl üzünü gördüm.

Dilruba adlı bir qadın evimi yıxdı. Sayəsində həyatımı, qadınlığımı, xoşbəxtliyimi unutmuşam.

Bu qadın yoldaşımla danışanda oğlunun 7 yaşı var idi. Qəribəsi də odur ki, yoldaşım ona qadağalar qoyurdu.

Heç yerə getmə, həyətə düşmə deyirdi. Getsən də Vüqarla , yəni, yoldaşınla get deyirdi.

İlk səhvim elə yoldaşımı bağışlamaq oldu. Məhkəməyə verdiyim ərizəni geri götürmək ən böyük axmaqlığım idi.

Məni alçaldan xəyanətdən çox, qadının məni ələ salması idi. Öncələr onu az yaşlı bir qız bilirdim.

Aradan il yarım keçdi və ikinci bir zərbə...

Bu dəfə isə həmin qadının nömrəsini, ev ünvanını, və harada işlədiyini belə öyrəndim.

Mənə hər cür təhqir edən qadın, indi isə yalvarırdı ki, görüşək ayağından öpüm, üzr istəyim.

Sən demə, bu qadın ailəli imiş və ikinci dəfə yenidən ana olub. İkinci oğlunu dünyaya gətirib.

Hazırda, bir oğlunun 10, digər oğlunun isə 2 yaşı olmalıdır.

Mən bu qadınla görüşdüm. Bəli, ayağlarıma da qapandı, mən isə sadəcə üzünə tüpürdüm.

İnanın, qadının elə gözəl övladları və həyat yoldaşı varki... Heyif o ailədən...

Yoldaşı işi ilə bağlı rayonda olur, bu qadın isə hələ də yoldaşımla görüşür.

Axı mən nə edim?

Mənə bir çarə deyin... Bəzən həyatıma son qoymaq istəyirəm.

Niyə axı, bəzi qadınlar belə ucuzlaşıb?!скачать dle 11.3

0
09.05.2017 259
Facebook Şərhlər:
2017. Yalnız Böyüklər üçün (18+)!
Яндекс.Метрика