Atam ərimə dedi ki, arvadın əxlaqsızdı, o da məni... - oxucu məktubu

Atam ərimə dedi ki, arvadın əxlaqsızdı, o da məni... - oxucu məktubu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını bıçaqlayan Əlqismət Heydərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Qafqazinfo.az xəbər verir ki, hakim Əhməd Quliyevin icraatında olan iclasda hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə Ə.Heydərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 57 yaşlı Ə.Heydərov həyat yoldaşı Qönçəxanım Heydərovanı iki qızının gözü qarşısında işgəncə verərək bıçaqlayıb. Zərərçəkmiş Q.Heydərova ərini bağışladığını deyib: "Süfrədə oturub yemək yeyirdik, mübahisə düşdü, bir anda oldu. Şikayətçi deyiləm".

Ə.Heydərovun 23 yaşlı kiçik qızı Aytac boşandığını və telefon mağazasında satıcı işlədiyini deyib: "Həmin gün anam zəng edib dedi ki, gəl evdə bacına köməl elə, mən də gəldim. Sonra da heç nədən dava düşdü. Atamı bağışlamışam".

Heydərovların 26 yaşlı böyük qızı Tünzalə atasını bağışlamadığını deyib: "Bu adam hər gün içib evdə dava salır. Gedib mənim ərimə demişdi ki, qızım əxlaqsızdı. Onlar da məni boşayıb, uşaqlarımı əlimdən aldılar. Bu adama görə ailəm dağıldı".

Hadisəni törədən Ə.Heydərov isə arvadını öldürmək fikri olmadığını deyib: "İşdir də oldu, çox əsəbiləşmişdim, özümü saxlaya bilmədim".

İttihama görə, dava qızların evə gec gəlməsinə görə olub. İfadə verən ailə üzvləri bunu təkzib etsələr də, əsl səbəbi açıqlamaqdan imtina ediblər.скачать dle 11.3

0
09.05.2017 825
Facebook Şərhlər:
2017. Yalnız Böyüklər üçün (18+)!
Яндекс.Метрика